Dünyada satılan hər üç avtomobildən biri Çin istehsalıdır

Çin Sərnişin Avtomobilləri Assosiasiyası (CPCA) ölkənin qlobal avtomobil bazarındakı payını açıqlayıb.
Avtosfer.az auto.ru-ya istinadən xəbər verir ki, bu ilin ilk 10 ayında Çinin dünya avtomobil bazarındakı payı 34.9% təşkil edib. Təkcə oktyabr ayına baxdıqda, Çinin payı ötən ilin eyni ayı ilə müqayisədə 1% artaraq, 38%-i keçib.
Yanvar-oktyabr ayları arasında dünyada 79.25 milyon avtomobil satılıb ki, bu da ötən illə müqayisədə 6% çoxdur. Çində eyni dövrdə 27.65 milyon avtomobil satılıb ki, bu da 12% artım deməkdir. Müqayisə üçün, ilk 10 ayda ABŞ-də 13.88 milyon, Hindistanda 4.56 milyon, Yaponiyada 3.86 milyon və Almaniyada 2.61 milyon avtomobil satılıb.
Dünya üzrə ilk onluqda yer alan üç Çin avtomobil istehsalçısından BYD altıncı, "Geely" səkkizinci, "Chery" isə onuncu yerdə qərarlaşıb.
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












