Dünyada yeganə olan avtomobil hərraca çıxarılacaq

Əntiq əşyalar üzrə ixtisaslaşmış "Dore&Rees" hərrac evi bu həftəsonu unikal avtomobili satışa çıxaracaq.
Avtosfer.az auto.ru-ya istinadən xəbər verir ki, bu, "Bertone" atelyesinin köməyi ilə "shooting brake" kuzovu ilə təchiz edilmiş yeganə "Aston Martin Rapide" nüsxəsidir.
2013-cü ildə istehsal edilən bu eksklüziv beşqapılı avtomobilin yürüşü hazırda 38 min kilometri keçib. Gözlənilən qiymət açıqlanmayıb.
Layihə "Jet 2+2" adlanır və seriyalı "Aston Martin Rapide" platforması əsasında qurulub. Universal xüsusi sifarişlə hazırlansa da, Britaniya şirkəti ilə "Bertone" atelyesi arasında 60 illik əməkdaşlığın yubileyinə həsr edilib. Avtomobilin ilk ictimai nümayişi 2013-cü il Cenevrə Avtosalonunda baş tutub.
"Rapide"in güc qurğusu dəyişməyib. Bu, 477 at gücü hasil edən 5,9 litrlik V12 mühərrikidir. Model 100 km/s sürətə 5,2 saniyəyə çatır və maksimum 296 km/s sürət yığır.(oxu.az)
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?












