Dünyanın ən aqressiv sürücüləri bu ölkədə yaşayır

“DiscoverCars” təşkilatı müxtəlif ölkələrdə 700-dən çox sürücünün davranışını araşdırıb.
Avtosfer.az xəbər verir ki, nəticələr çoxlarının gözlədiyi kimi olub. İlk yerə, daha doğrusu antireytinqə italiyalılar sahib çıxıblar. Onların sükan arxasında davranışı 5 ballıq şkala ilə 3,5 qiymətləndirilib (5 – çox aqressiv, 1 - sakit). Maraqlı budur ki, italiyalılar özləri də sükan arxasında intizamsız olduqlarını etiraf edirlər. Bununla belə, onlar intizamsız sürücülərə qarşı ifrat tolerantdırlar. Ən riskli şəhərlər isə Neapol və Romadır.
Növbəti yerləri 3,4 balla Yeni Zellandiya və ABŞ bölüşür. Zellandiyanın qonşusu olan Avstraliya (2,7 bal) və ABŞ-nin qonşusu Kanada (2,8 bal) isə təmkinli sürücüləri ilə seçilir.
Niderlandlılar və fransızlar isə 2,9 balla yaxşı sürücü kateqoriyasındadırlar.
Şəhərlər üzrə bölgüyə gəlincə: “DiscoverCars”ın analitiklərinin qənaətinə görə, londonlular ən aqressiv sürücülərdir. Növbəti yerlərdə isə yuxarıda qeyd etdiyimiz İtaliya şəhərlərinin sakinləri gəlirlər.
Vüqar Yaşaroğlu
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












