Dünyanın ən bahalı avtomobil brendləri - SİYAHI

"Interbrand" konsaltinq şirkəti dünya brendlərinin dəyərləri ilə bağlı ənənəvi illik hesabatını dərc edib.
Avtosfer.az-ın "Carscoops" nəşrinə istinadən verdiyi məlumata görə, hesabatda "Toyota" dünya avtomobil istehsalçıları arasında ən bahalı marka kimi göstərilib.
Belə ki, dəyəri 74.2 milyard dollar olan "Toyota" şirkəti siyahıda altıncı yerdə qərarlaşaraq yalnız IT nəhənglərindən geri qalıb. Şirkətin dəyəri ötən ilə nisbətən 2% artıb.
Almaniya brendləri olan "Mercedes-Benz" (50.1 milyard dollar) və BMW (46.8 milyard dollar) müvafiq olaraq 10-cu və 14-cü yerləri tutublar.
2024-cü ildə 12-ci pillədə olan "Tesla" bu il 25-ci yerlə kifayətlənib. Siyahıda 29-cu yerdə "Honda", 30-cu yerdə "Hyundai" gəlir. "Audi" yalnız "Ferrari"ni iki pillə qabaqlayaraq 52-ci yerə yüksələ bilib.
"Volkswagen" və "Porsche" müvafiq olaraq 56 və 57-ci yerləri tutublar. "Nissan" 82-ci yerə yüksələ bilib. Siyahını 89-cu yerdə "Kia", 97-ci yerdə isə "Range Rover" tamamlayır.
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












