Ekspert Aleksey Tuzov Çin maşınlarının mənfi cəhətlərini sadaladı

"Bəzi Çin avtomobillərinin əhəmiyyətli çatışmazlıqlarından biri elektronika və erqonomika ilə bağlı problemlərdir".
Avtosfer.az bildirir ki, bunu "Rossiyskaya qazeta" nəşrinə nəqliyyat sahəsi üzrə müstəqil ekspert Aleksey Tuzov deyib.
Onun sözlərinə görə, məsələn, Çindən gələn bir sıra modellərdə multimedia ekranı və parklama sensorları gec işə düşür.
Tuzov qeyd edib ki, sürücülər müxtəlif seçimləri aktivləşdirmək üçün düymələri axtarmağa vaxt sərf etməlidirlər. Bundan savayı, bəzi avtomobillərin səs izolyasiyası zəifdir.
Avtomobil eksperti ölkədə Çin maşınlarının o qədər də populyar olmayan az tanınan markalarını almamaq barədə xəbərdarlıq edib.
Belə ki, bu cür Çin brendləri ölkəni asanlıqla tərk edə bilərlər və belə bir modeli almaq böyük risk təşkil edir.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












