Ekspertlər 2025-ci ilin ən yaxşı ikinci əl avtomobilini açıqladı

Avtomobil ekspertlərinin fikrincə, 2025-ci ildə alınması üçün ən uğurlu ikinci əl avtomobil modeli "Skoda Enyaq" olub.
Avtosfer.az xəbər verir ki, "What Car?" nəşrinin mütəxəssisləri bu modelin rəqiblərini həm rahatlıq, həm də praktiklik baxımından üstələdiyini bildiriblər.
İkinci əl bazarında saysız-hesabsız model tapmaq mümkün olsa da, ekspertlərin fikrincə, az sayda avtomobil "Skoda Enyaq" qədər balanslı xüsusiyyətlər təklif edir. Onlar qeyd ediblər ki, bu elektrik krossover geniş salonu, ailə üçün uyğun rahat interyeri və uzun məsafə qətetmə qabiliyyəti ilə seçilir.
Mütəxəssislər həmçinin avtomobilin qiymət baxımından da əlçatan olduğunu vurğulayıblar: ikinci əl "Skoda Enyaq" bazarda bir çox rəqiblərinə nisbətən daha münasib qiymətə satılır.
Bununla belə, "What Car?" redaksiyası "Mercedes-Benz E-Class T-Modell" universalını və "Peugeot 5008" krossoverini də yüksək qiymətləndirib, lakin yekun qərara görə bu modellər "Skoda Enyaq"ın səviyyəsinə çata bilməyib.(hit.az)
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












