Elektrik avtomobillər üçün vergi güzəştinin müddəti uzadılıb

Almaniya hökuməti elektrik avtomobillərinin alınmasını təşviq etmək və avtomobil sənayesinə dəstək üçün vergidən azadolma müddətini beş il uzadıb. Avtosfer.az “Spiegel” qəzetinə istinadla xəbər verir ki, yeni qərara əsasən, 2030-cu ilin sonunadək qeydiyyata alınan elektrik avtomobillər ən çox 10 il müddətinə vergidən azad ediləcək. Bu müddət daha sonra 2035-ci ilin sonunadək uzadıla bilər. Almaniyanın maliyyə naziri Lars Klinqbayl bildirib ki, qərar həm vətəndaşlara, həm də avtomobil sənayesinə mühüm dəstək verəcək.
Onun sözlərinə görə, hökumətin məqsədi alman avtomobil sənayesini gələcəyə yönəltmək və mövcud iş yerlərini qorumaqdır:
“Biz istəyirik ki, dünyanın ən yaxşı avtomobilləri bundan sonra da Almaniyada istehsal olunsun”.
Bundan başqa, az və orta gəlirli vətəndaşların emissiyasız nəqliyyat vasitələrinə keçidini asanlaşdırmaq üçün dəyəri 3 milyard avro olan maliyyə proqramının icrası nəzərdə tutulub. Bu vəsait İqlim və Transformasiya Fondu ilə Avropa İttifaqının İqlim Sosial Fondundan ayrılacaq və 2029-cu ilə qədər davam edəcək. Həmçinin, şirkətlər üçün də əlavə vergi güzəşti tətbiq olunacaq ki, bununla dəyəri 100 min avroyadək olan elektrik avtomobil alan müəssisələr alış dəyərinin 75 faizini vergi hesabından silə biləcəklər. Maliyyə Nazirliyi hesab edir ki, vergi güzəştləri 2026-cı ildə 50 milyon avro, 2030-cu ildə isə 380 milyon avro həcmində iqtisadi yüngülləşmə yaradacaq.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












