Elektrik avtomobillərdə siqaret çəkənlər oxusun: Bu təhlükələr sizi gözləyir...

Son illərdə elektrik avtomobillərin sayı artsa da, bəzi sürücülər hələ də bu nəqliyyat vasitələrində siqaret çəkmək vərdişindən imtina etməyiblər.
Bəs, siqaret tüstüsü bu avtomobillər üçün hər hansı təhlükə yaradırmı?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, ümumilikdə elektrik və ya digər yanacaq növü ilə işləyən avtomobillərdə siqaretin birbaşa texniki təhlükəsi yoxdur:
“Ümumiyyətlə, istər elektrik, istərsə də digər yanacaqla işləyən avtomobillərdə siqaretin xüsusi zərəri yoxdur. Yeganə risk qazla işləyən avtomobillərdə müşahidə olunur. Belə hallarda salonda qaz balonu yerləşdiyi üçün partlayış təhlükəsi yaranır,” – deyə ekspert qeyd edib.
Yasin Mustafayev əlavə edib ki, siqaretin avtomobilin içində çəkilməsi yalnız texniki baxımdan deyil, həm də gigiyenik və ekoloji cəhətdən arzuolunmaz haldır:
“Siqaret tüstüsü salonun havasını çirkləndirir, filtrlərin və sensorların işinə mənfi təsir göstərə bilər. Bundan başqa, küçələrin zibillənməməsi məqsədilə siqaret kötüyünü və qutularını küçəyə atanlara qarşı cərimələr də artırılıb.”
Ekspertin sözlərinə görə, istehsalçılar elektrik avtomobillərində siqaret çəkməyi xüsusi şəkildə qadağan etməsələr də, bir çox brendlər salonun təmiz hava dövranını və filtr sistemini qorumaq üçün siqaretdən imtinanı tövsiyə edir.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












