Elektrik avtomobillərinə dair tələbləri yumşaldılır

Böyük Britaniya hökuməti elektrik avtomobillərin satış hədəflərinə dair tələbləri yumşaldıb.
Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, qərar ABŞ-ın avtomobil idxalına tətbiq etdiyi 25 faizlik tariflər fonunda qəbul olunub.
Əvvəlki qaydalara əsasən, avtomobil istehsalçıları hər il daha çox sayda elektrik avtomobili satmalı idilər. 2024-cü ildə satılan yeni avtomobillərin ən azı 28 faizinin elektrik olması tələb olunur. Bu göstərici hər il artırılaraq 2030-cu ilə qədər avtomobil satışlarının böyük əksəriyyətinin elektrik olması, benzin və dizel modellərinin isə bazardan çıxarılması planlaşdırılırdı. Yeni dəyişikliklərə əsasən, istehsalçılar bu hədəflərə çatmaqda daha çox elastiklik qazanacaq və cərimələr azaldılacaq.
Nəqliyyat naziri Haydi Aleksandr bildirib ki, bu dəyişikliklər möcüzəvi həll yolu olmasa da, ABŞ-ın tariflərinə cavab vermək üçün atılan addımların bir hissəsidir.
ABŞ Prezidenti Donald Trampın ötən həftə qüvvəyə minən qərarı ilə ABŞ-a idxal olunan avtomobillərə 25 faiz vergi tətbiq edib. Bu, Britaniyanın avtomobil sənayesi üçün mühüm ixrac bazarı olan ABŞ-a göndərilən məhsullara ciddi təsir göstərəcək.
Bundan əlavə, Tramp Britaniyadan idxal edilən demək olar ki, bütün məhsullara 10 faizlik vergi tətbiq etdiyini də açıqlayıb.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












