Elektrik avtomobillərinin bazar payı 2030-cu il üçün 40%-i ötəcək - PROQNOZ

Elektrik mühərrikli modellərin qlobal avtomobil bazarında payı 2030-cu il üçün 40%-i ötəcək.
Avtosfer.az xəbər verir ki, bu barədə “APA” Beynəlxalq Enerji Agentliyinin (IEA) dünyada elektrikli avtomobillərin inkişafı ilə bağlı hesabatına istinadən xəbər verir.
“Əhəmiyyətli qeyri-müəyyənliklərə baxmayaraq, elektrikli avtomobillərin bazar payı 2030-cu il üçün 40%-i keçəcək, çünki onlar bir çox bazarda getdikcə daha əlverişli olurlar”, - hesabatda qeyd olunur.
Hesabata əsasən, qlobal iqtisadi artım, ticarət və sənaye siyasətlərinin təkamülü ilə bağlı qeyri-müəyyənliklər artım perspektivinə təsir edə bilər, lakin bu proses elektrik avtomobillərin artan əlverişliliyi ilə dəstəklənir.
"Bizim məlumatlarımız göstərir ki, əhəmiyyətli qeyri-müəyyənliyə baxmayaraq, elektrik avtomobilləri qlobal miqyasda güclü inkişaf trayektoriyasında qalır. Satışlar beynəlxalq avtomobil sənayesi üçün ciddi təsirləri olan yeni rekordlar vurmağa davam edir", - Agentliyin İcraçı Direktoru Fatih Birol bildirib.
IEA-nın proqnoozlarına əsasən, bu il dünyada satılan hər dörd avtomobildən birindən çoxu elektrikli olacaq. Bu onilliyin sonuna qədər isə qeyd olunan rəqəmin hər beşdə ikidən çox olacağı gözlənilir.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












