Elektrik avtomobillərinin qlobal satışları bu il daha da artacaq - PROQNOZ

Elektrik mühərrikli avtomobillərin qlobal satışları 2025-ci ildə 20 milyon ədədi ötəcək, bu da dünyada satılan avtomobillərin dörddə birindən çoxunu təşkil edəcək.
Avtosfer.az-ın məlumatına görə, bu barədə APA Beynəlxalq Enerji Agentliyinin dünyada elektrikli avtomobillərin inkişafı ilə bağlı hesabatına istinadən xəbər verir.
“Daha bir sabit artım ilindən sonra elektrik avtomobillərinin qlobal satışları 2025-ci ildə 20 milyonu ötmək yolundadır ki, bu da dünyada satılan avtomobillərin dörddə birindən çoxunu təşkil edəcək”, - hesabatda qeyd olunur.
Məlumata görə, 2024-cü ildə dünya üzrə satışlar 17 milyon ədədi ötərək elektrikli avtomobillərin qlobal avtomobil bazarındakı payını ilk dəfə olaraq 20%-i üstələyib.
Bununla yanaşı hesabatda bildirilir ki, 2025-ci ilin ilk üç ayında isə elektrikli avtomobil satışları illik müqayisədə 35% artıb.
“Avtomobil sektoruna təzyiq göstərən son iqtisadi çətinliklərə baxmayaraq, elektrik modelləri getdikcə daha münasib qiymətə satıldığı üçün onların qlobal satışı rekordları qırmağa davam edir”, - sənəddə vurğulanır.
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












