Elektrikli avtomobillərin istehsalı təhlükə altında - Kobalt çatışmazlığı var

Elektrikli avtomobil bazarının inkişafı kobalt çatışmazlığına səbəb olacaq. Bu barədə Avropa Ortaq Araşdırmalar Mərkəzi tərəfindən yayılan məlumatda qeyd edilir. Avtosfer.az xarici mətbuata istinadən bildirir ki, dünyada keçən il 3 milyona çatan elektrik maşınlarının sayı 2030-cu ilə qədər 130 milyon olacaq. Yaxın gələcəkdə belə sürətlə artım kobaltın çatışmazlığı və kobaltın, eləcə də elektrik maşınların qiymətinin artması ilə nəticələnə bilər. Bildiyiniz kimi kobalt avtomobillər üçün gərəkli olan litium-ion batareyalarının əsas komponentidir.
Vəziyyəti çətinləşdirən digər bir səbəb isə koblatın böyük əksəriyyətinin Konqo Demokratik Respublikasında istehsal olunmasıdır. Bloombergin yaydığı məlumata görə, elektrik avtomobil bazarının gələcəyi ölkənin səlahiyyətli orqanlarının qərarlarından asılıdır. Bu yaxınlarda hökumət tərəfindən metal hasilatına vergi qoyduğu üçün onun qiyməti ikiqat artdı.
Mümkün kobalt çatışmazlığı həm də 2030-2040-cı ilə kimi bütünlüklə benzin və dizellə işləyən avtomobillərdən imtina etməyi planlaşdırılan bir çox Avropa ölkəsinin bu planlarını təhdid altında qoyur. Bu Avropa ölkələri sırasında İspaniya, İngiltərə, Fransa, Almaniya, Norveç də var.
İndi yaşana biləcək bu problemi önləmək üçün avtomobil istehsalçıları tərəfindən kobalt istifadə etmədən lityum-ion batareyaları yaratmağın yolu axtarılır. Risk altında qalmamaq üçün şirkətlər kobaltın alternativini tapmağı düşünürlər. Avropa Ortaq Araşdırmalar Mərkəzinin elm adamları kobaltın kəskin çatışmazlığının 2025-ci ildən başlaya biləcəyini təxmin edirlər. Kimsə elektrik maşınlar üçün kobalt tərkibli olmayan batareyalar düşünsə belə, onun tətbiqi üçün illər lazım olacaq. Belə halda isə elektrik maşınların istehsalı və istifadə prosesi yavaşlaya bilər.
Fidan
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR












