Elektrikli yoxsa daxiliyanma mühərrikli avtomobillərdə nasazlıqlar az olur? - STATİSTİKA

Alman Avtomobil Klubunun (ADAC) açıqladığı statistika elektrikli avtomobillərin eyni yaşdakı daxiliyanma mühərrikli avtomobillərlə müqayisədə xeyli üstün nəticələr göstərdiyini ortaya çıxarıb.
Avtosfer.az “Handelsblatt” qəzetinə istinadla xəbər verir ki, 2020–2022-ci illər arasında ilk dəfə qeydiyyatdan keçmiş hər 1000 elektrikli avtomobilə görə 4,2 nasazlıq qeydə alınıb. Eyni dövrdə daxiliyanma mühərrikli avtomobillərdə bu göstərici 10,4 olub. Bu nəticələr ADAC-ın əvvəlki müşahidələrini təsdiqləyir.
Statistika elektrikli avtomobillərin üstünlüklərini bir daha ortaya qoyub. Ümumilikdə nasazlıqların sayı azalsa da, bu tendensiya üç yaşlı elektrikli avtomobillərdə daha sürətlə baş verir. ADAC bunu əsasən avtomobil istehsalçılarının öyrənmə prosesi nəticəsində ilk illərdəki bir çox problemlərin və zəifliklərin aradan qaldırılması ilə izah edib.
Ən çox rast gəlinən nasazlıq yenə də start batareyasından qaynaqlanır. Bu problem həm daxiliyanma mühərrikli, həm də elektrikli avtomobillərdə ən çox rastlanan nasazlıq növü kimi qeydə alınıb.
Bu statistikaya yalnız sürücülərin səbəb olmadığı və yola davam etməyin mümkün olmadığı hallar daxil edilib.
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI - FOTO
Tıxacda qalmaq xərçəngə də yol aça bilər - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
Maşının şüşəsinə gerb yapışdıranları nə gözləyir? - AÇIQLAMA
Çin avtomobilləri dünyanı fəth edir: İxrac 67 faiz artıb
"Avtomobillərin 70 faizi istismara yararsızdır, texniki baxışa gedən insana deyirlər ki..." - VİDEO
Tormoz disklərinin paslanması təhlükəlidirmi?
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı












