Elektromobilə dövlət subsidiyasını istehsalçılar mənimsəyir – EKSPERT RƏYİ

Avropanın bir çox ölkəsində elektromobil alanlara subsidiya verilir.
Avtosfer.az xəbər verir ki, bu məbləğ ölkədən asılı olaraq 1000-6000 avro arasında dəyişir. Bəs bu yardım alıcıya nə qazandırır?
Alman Avtomobil Araşdırmaları Mərkəzinin eksperti Ferdinand Düdenhoffer bildirir ki, dövlət subsidiya verməyə başlayan kimi istehsalçılar endirimləri dayandırıb.
Almaniyada 6000 avro yardım veriləndən etibarən elektromobil bahalaşıb. Dövlətin subsidiyası işləyir, lakin bu iş tərs istiqamətdə gedir.
Tədqiqatçı əlavə edir ki, alıcıya dövlət yardımlarından sonra yanacaqla işləyən avtomobillə elektromobil arasında qiymət uçurumu dərinləşib.
Ötən payızda Tesla Almaniyada istehsal etdiyi modellər üçün 3000 avroluq endirim paketini dayandırıb.
Ekspert vurğulayıb ki, “reallıqda subsidiya bazarı zəhərləyir. Dövlətin vətəndaşa verdiyi subsidiyanın böyük hissəsini istehsalçılar bu və ya digər formada ələ keçirir”.
Vüqar Yaşaroğlu
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












