Elektromobilin gələcəyi risk altındadır?

Elektromobilə keçidin ləngiməsi avtomobil istehsalçılarına milyardlarla dollar ziyan vurub.
Avtosfer.az xəbər verir ki, Çin hökuməti artıq elektromobil layihələndirilməsinə maliyyə ayrılmasını dayandırıb. Bu səbəbdən avtomobil sənayesi kəskin şəkildə hibrid modellərə keçib.
Avropada isə subsidiya və güzəştlərin ləğvindən sonra əhali belə demək mümkünsə elektromobildən üz döndərib. İstehsalçılar isə benzin və dizel mühərrikli maşınları konveyerə qaytarıblar. Buna görə də maliyyə itkiləri milyonlarla deyil, milyardlarla ölçülür.
“Financial Post”un məlumatına görə, “Porsche”nin itkisi 6 milyard dollar, “Ford”un isə 20 milyarddır. Antirekord 26 milyard dolarla “Stellantis” qrupuna aiddir.
Bu şirkətlərin ziyana düşməsində yeganə səbəb Çİnlə rəqabətdə uduzmaq deyil. Ən başlıcası, alternativ enerji ilə işləyən maşınların benzin mühərrikli avtomobillərə tam alternativ ola bilməməsidir. Evdə 2 müxtəlif tip avtomobil saxlamaq isə hər kəsin cibinə görə deyil.
Elektrik enerjisinin bahalaşması da elektromobilin səmərəsini azaldır.
Bu məsələdə yaponiyalı istehsalçılar daha praqmatik davranırlar. 2025-ci ildə “Toyota” rəhbərliyi daxiliyanma mühərriklərinin hələ azı 50 il bəşəriyyətə xidmət edəcəyini demişdi. Digər yaponiyalı sənayeçilər Avropa Komissiyasının 2035-ci ildən elektromobilə tam keçidlə bağlı tələbini tələskənlik kimi xarakterizə etmişdilər.
Vüqar
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












