Ən az yanacaq sərfiyyatı olan 10 cip

Yanacaq sərfiyyatı avtomobil seçərkən əsas amillərdən biri olaraq qalır.
Avtosfer.az xəbər verir ki, bu xüsusilə praktikliklə qənaətcilliyi birləşdirməli olan kompakt krossover seqmenti üçün aktualdır. Britaniyanın “What Car?” nəşri öz testlərini keçirib və real şəraitdə az yanacaq sərfiyyatı ilə diqqəti cəlb edən 10 modeli müəyyənləşdirib.
Reytinqin lideri benzin mühərrikli “Toyota Yaris Cross 1.5” olub: orta hesabla cəmi 100 km-ə 4,7 litr yanacaq sərf edir. Beləliklə, bu model öz sinfində ən qənaətcil krossover sayılır. İkinci yeri 100 km-ə 4,8 litr sərfiyyatı olan hibrid “Suzuki Ignis 1.2 Dualjet Hybrid” tutub. Üçlüyü “Volkswagen Taigo” 5,6 litr nəticə ilə tamamlayır.
Digər yerlər isə belə bölüşdürülüb:
• “Suzuki Vitara 1.6” — 6,0 l/100 km
• “Hyundai Kona Hybrid 1.6 GDi” — 6,0 l/100 km
• “Peugeot 2008 1.2 Puretech 130” — 6,0 l/100 km
• “Opel/Vauxhall Mokka X 1.6 CDT” — 6,0 l/100 km
• “Seat Arona 1.0 TSI” — 6,1 l/100 km
• “Volkswagen T-Cross 1.0 TSI” — 6,1 l/100 km
• “Citroën C3 Aircross 1.2 Puretech 110” — 6,1 l/100 km
Mütəxəssislər qeyd ediblər ki, “Toyota Yaris Cross” təkcə ən qənaətcil deyil, həm də gündəlik səyahətlər üçün çox rahatdır: krossover xoş idarəetmə və erqonomik ön panel ilə fərqlənir.(lent.az)
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












