Ən çox peşman edən və ən etibarlı avtomobillər açıqlanıb - SİYAHI

Avtomobil alarkən qiymət, dizayn və performans qədər etibarlılıq və arıza riski də böyük rol oynayır. Böyük Britaniyada aparılan genişmiqyaslı araşdırma nəticəsində ən problemsiz və ən çox peşmanlıq yaradan avtomobil modelləri müəyyən edilib. Avtosfer.az “milli.az”a istinadən xəbər verir ki, araşdırmada texniki nasazlıq tezliyi, təmir xərcləri və sürücü məmnuniyyəti nəzərə alınıb. Nəticələrə görə, Cənubi Koreya və Yaponiya istehsalçıları etibarlılıq yarışında ön sırada yer alıb.
Ən etibarlı - istifadəçilərin ən az problem yaşadığı 10 avtomobil:
Hyundai i10 (2020 - bu gün)
Hyundai Santa Fe (2018 - 2024)
Kia EV3 (2024 - bu gün)
Toyota GR Yaris (2016 - bu gün)
Toyota Aygo X (2021 - bu gün)
Vauxhall Grandland (benzinli) (2024 - bu gün)
Toyota RAV4 (2019 - bu gün)
Mini Hatchback (2014 - 2024)
Volkswagen T-Roc (2018 - 2025)
Porsche Macan (2021 - bu gün)
Ən çox problem çıxaran - sürücüləri ən çox çətinliyə salan 10 avtomobil:
Nissan Juke (benzinli) (2019 - bu gün)
Volkswagen Tiguan (2024 - bu gün)
Kia Sportage (2016 - 2021)
Mazda CX-60 (2022 - bu gün)
Mercedes C-Class (2021 - bu gün)
Volvo S90 (2016 - 2023) və V90 (2016 - bu gün)
Audi Q7 (2015 - bu gün)
Volkswagen ID.4 (2021 - bu gün)
Hyundai Ioniq Electric (2016 - 2022)
Renault Austral (2023 - bu gün)
Araşdırmanın diqqətçəkən nəticələrindən biri də Yapon markalarına olan güvənin əvvəlki kimi yüksək olmamasıdır. Xüsusilə Nissan modelləri son illərdə arıza statistikasında ən çox şikayət olunan avtomobillər arasında göstərilir. Buna qarşılıq Hyundai və Kia kimi Koreya markaları, dayanıqlılıq və müştəri məmnuniyyəti sahəsində böyük yüksəliş əldə edib və siyahının zirvəsində qərarlaşıb.
"Chery" şirkətinin baş direktoru buna görə üzr istədi - FOTO
Avropada elektromobil satışında qeyri-bərabərlik
Azərbaycanda bu maşınlar yığışdırılır – Sahiblərini nə gözləyir?
Benzin və dizel maşın sürənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR












