Ən etibarlı büdcəli işlənmiş avtomobil açıqlandı

Böyük Britaniyada aparılan tədqiqatın nəticələrinə əsasən, məhdud büdcəyə malik alıcılar üçün ən etibarlı işlənmiş avtomobil "Toyota Yaris"in üçüncü nəsil modelidir.
Avtosfer.az xəbər verir ki, bu barədə "Daily Express" məlumat yayıb.
İşlənmiş avtomobillərə zəmanət xidməti göstərən "Warrantywise" şirkəti səkkiz–on iki il aralığında olan modelləri etibarlılıq indeksi üzrə analiz edərək ən yaxşı göstəriciyə malik avtomobili müəyyən edib.
Tədqiqatda "Honda Civic", "Honda CR-V", "Suzuki Swift", "Mitsubishi Outlander" və "Toyota Aygo" kimi tanınmış modellər də yaxşı nəticə göstəriblər. Lakin ətraflı qiymətləndirmədən sonra ekspertlər birinciliyi "Toyota Yaris"in üçüncü nəslinə veriblər.
Bu nəsil avtomobillər 2011–2020-ci illər arasında satışda olub. Hazırda Böyük Britaniyada alıcılar 2015-ci il istehsalı olan, 60 min mildən (96 560 km) az yürüşə malik "Toyota Yaris" modelini təxminən 5400 funt sterlinqə (təqribən 300 min qriqvenə) əldə edə bilirlər ki, bu da olduqca "demokratik" qiymət hesab olunur.
Ukraynada isə üçüncü nəsil "Toyota Yaris" modellərinin qiyməti təxminən 7000 ABŞ dollarından başlayır. Mütəxəssislər qeyd edirlər ki, bu avtomobildən sahibləri razı qalacaqlar — "Toyota Yaris"də nasazlıqlar nadir hallarda baş verir və təmir xərcləri nisbətən azdır.
Digər etibarlı Toyota modelləri
Təcrübəli avtomobil həvəskarları üçün "Toyota Yaris"in bu siyahıda birinci olması təəccüblü deyil. "Toyota" brendi uzun illərdir etibarlılıq simvolu kimi tanınır və şirkətin əksər modelləri onilliklər ərzində yüksək keyfiyyətin göstəricisi olaraq qalır.
Alıcılara düzgün seçim etməyə kömək məqsədilə "HotCars" portalı işlənmiş "Toyota" modelləri arasında ən etibarlı on avtomobili müəyyən edib. Reytinqin lideri "Toyota Corolla"nın on ikinci nəsli olub.
Bununla yanaşı, "Top Speed" nəşri müştərilərə "Toyota Avalon" modelinə də diqqət yetirməyi tövsiyə edib. Mütəxəssislərin fikrincə, bu avtomobil son on ildə istehsal olunan ən etibarlı "Toyota" hibridlərindən biridir.(hit.az)
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










