Ən etibarlı və ən etibarsız avtomobil istehsalçıları - TOP-10

Avtomobil sahəsində mütəxəssislər etibarlılıq göstəricilərinə görə ən möhkəm və uzunömürlü markaları müəyyən ediblər.
Avtosfer.az xəbər verir ki, “What Car?” nəşrinin tərtib etdiyi reytinqdə həm ən etibarlı, həm də ən az etibarlı avtomobil istehsalçıları açıqlanıb.
Mütəxəssislərin sözlərinə görə, siyahıya daxil olan brendlərin avtomobillərini rahatlıqla almaq mümkündür, çünki onların modelləri nadir hallarda texniki nasazlıq yaradır və bu, markalara yüksək nüfuz qazandırıb.
Ən etibarlı 10 avtomobil markası:
1."Honda"
2."MINI"
3."Suzuki"
4."Toyota"
5."Vauxhall/Opel"
6.BMW
7."Tesla"
8."Kia"
9."Lexus"
10."Citroën"
Reytinqdə "Honda" ən etibarlı avtomobil istehsalçısı kimi tanınıb. Nəşr qeyd edir ki, "Civic", "HR-V" və "Jazz" modelləri xüsusilə yüksək etibarlılıq göstəricilərinə malikdir.
Ən az etibarlı 10 avtomobil markası:
1."MG"
2."Nissan"
3."Fiat"
4."Jaguar"
5."Land Rover"
6."Ford"
7."Volkswagen"
8."Audi"
9."Mercedes"
10."Volvo"
Ekspertlər bildirirlər ki, "MG" brendi ötən illə müqayisədə avtomobillərinin etibarlılığını bir qədər artırsa da, hələ də reytinqin sonunda yer alır. Araşdırmaya əsasən, bu markanın avtomobil sahiblərinin 28 faizi nasazlıqlarla üzləşib və problemlərin əksəriyyəti elektrik sistemləri ilə bağlı olub.
Ən çox nasazlıq qeydə alınan modellər "MG ZS EV" elektrik krossoveri, "MG HS" benzin versiyası və "MG 3" hibridi olub. Ən yaxşı nəticə isə "MG 5" modelində müşahidə edilib.(valyuta.az)
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












