Ən etibarsız avtomobillər - SİYAHI

Böyük Britaniyanın "WhatCar" nəşri aparılmış tədqiqat əsasında ən etibarsız avtomobillərin siyahısını dərc edib.
Avtosfer.az nəşrə istinadən xəbər verir ki, araşdırmaya əsasən, indiki nəsil "Nissan Juke" krossoveri ən problemli avtomobil seçilib.
Onun etibarlılıq göstəricisi cəmi 55.2% təşkil edib - bu, cari il tədqiqata daxil olan bütün avtomobillər arasında ən aşağı göstəricidir. Problemlərin əksəriyyəti 12 voltlu batareya, mühərrik və əyləc sistemi ilə bağlıdır.
İkinci yeri son nəsil "Volkswagen Tiguan" tutub. Onun etibarlılıq göstəricisi 64,2% olub. Avtomobildə tez-tez məlumat-əyləncə sistemi, əyləclər və elektronika sıradan çıxır.
Üçüncü yerdə əvvəlki nəsil "KIA Sportage" qərarlaşıb, onun etibarlılıq reytinqi 72.9%-dir. Tez-tez rast gəlinən problemlər arasında mühərrik və sürət qutusu nasazlıqları, həmçinin əyləc sisteminin sıradan çıxması var.
Siyahıya, həmçinin "Mazda CX-60", "Mercedes-Benz C-Class", "Volvo S90", "Audi Q7", "Volkswagen ID.4", "Hyundai Ioniq Electric" və "Renault Austral" daxil edilib.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












