Ən ucuzu 900, ən bahalısı 7,5 milyon manat... – Avtomobil bazarında qiymətlər

Elan saytlarında yerləşdirilən avtomobillər arasında ciddi qiymət fərqləri müşahidə olunur.
Avtosfer.az ölkənin aparıcı avtomobil elan saytlarında yerləşdirilən məlumatlara istinadən xəbər verir ki, hazırda satışda olan ən ucuz avtomobillərdən biri 1983-cü il istehsalı “LADA (VAZ) 2106” markalı avtomobildir.

Bu avtomobilin yürüşünün 225 min kilometr olduğu qeyd olunub. Avtomobil 900 manata satışa çıxarılıb.
Ən ucuz avtomobillər sırasında 1996-cı il istehsalı olan “Hyundai Sonata” markalı avtomobil də yer alır. Bu avtomobilin yürüşü isə 236 min kilometrdir. Satış qiyməti 1 000 manat təşkil edir.

Digər ucuz avtomobil isə 2003-cü il istehsalı “LADA (VAZ) Oka” markalı avtomobildir. 128 min kilometr yürüşü olduğu qeyd olunan bu avtomobil də 1 000 manata təklif olunur.
Ən bahalı avtomobillər siyahısında 2025-ci il istehsalı “Bentley Continental GTC” modeli yer alır. Hibrid mühərriklə təchiz olunan avtomobilin yürüşü 0 kilometrdir. Avtomobilin satış qiyməti 883 min manat təşkil edir.

Digər bahalı avtomobil 2025-ci il istehsalı “Rolls-Royce Cullinan” modelidir. Benzin mühərriki ilə təchiz edilən avtomobilin cəmi 50 kilometr yürüşü var. Avtomobil 2 milyon 677 min manata satışa çıxarılıb.

Hazırda satışda olan ən bahalı avtomobil isə 2023-cü il istehsalı “Bugatti Chiron Pur Sport” modelidir. Benzin mühərriki ilə təchiz olunan avtomobilin yürüşü 9 334 kilometrdir. Avtomobilin satış qiyməti 7 milyon 555 min manatdır./Yeniavaz.com
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












