Etibarlı avtomobil necə seçilir: Pulunuza qənaət edəcək beş addım

Avtomobil almaq diqqətli yanaşma tələb edən ciddi bir addımdır.
Avtosfer.az-ın pravda.ru-ya istinadən verdiyi məlumata görə, "SberAvto" şirkətinin ekspertləri optimal qiymətə etibarlı nəqliyyat vasitəsi seçməyə kömək edəcək beş vacib aspekti vurğulayıblar.
1. Kuza və salonun yoxlanılması
Kuza avtomobilin vizit kartıdır. Onu qiymətləndirmək üçün:
- kuza elementləri arasındakı boşluqların düzgünlüyünü yoxlayın;
- qapı tutacaqları və ötürmə rıçaqında boşluqların olmamasına əmin olun;
- kuzada pas, çapıq və digər zədələrin olub-olmadığını yoxlayın.
Salonun vəziyyəti də vacibdir: sürtülmə və ya zədələr avtomobilin intensiv istifadəsini göstərə bilər.
2. Elektronika və sistemlərin yoxlanılması
Müasir avtomobillər elektronika ilə zəngindir. Onun yoxlanılması üçün:
- iqlimə nəzarət, audiosistem, işıqlandırma və sensor panellərin işlək vəziyyətdə olmasına əmin olun;
- displeydə xətaların olmamasını və sistemin reaksiya sürətini yoxlayın;
- bütün funksiyaların düzgün işləməsinə diqqət yetirin.
Elektronikadakı nasazlıqlar təmirdə baha başa gələ bilər, ona görə bu hissəyə xüsusi diqqət yetirin.
3. Tarixçə və rəylərin öyrənilməsi
Almazdan əvvəl:
- modelin tarixçəsini öyrənin: mühərrik, transmissiya və digər aqreqatların etibarlılığı;
- forumlarda və ixtisaslaşmış saytlarda sahiblərin rəyləri ilə tanış olun;
- tipik nasazlıqların aradan qaldırılmasının tezliyi və dəyərinə diqqət yetirin.
Bu məlumatlar avtomobilin gözləntilərinizə nə dərəcədə uyğun olduğunu başa düşməyə kömək edəcək.
4. Müxtəlif şəraitlərdə yürüş testi
Yalnız hamar asfaltla kifayətlənməyin:
- avtomobili çınqıl, torpaq və digər örtüklərdə sınaqdan keçirin;
- səs izolyasiyasını, idarəetməni, vibrasiya və kənar səslərin olmasını yoxlayın.
Avtomobilin döngələrdə və tormozlamada davranışını qiymətləndirin.
Bu, avtomobilin real yol şəraitinə nə dərəcədə uyğun olduğunu başa düşməyə kömək edəcək.
5. Rahatlıq və erqonomikanın (əlçatanlıq) qiymətləndirilməsi
Xırdalıqlar əhəmiyyətlidir:
- oturacaq və tənzimləmələrin rahatlığını yoxlayın;
- tutacaqların, görünüşün və idarəetmə orqanlarının yerləşməsinin rahatlığına əmin olun;
- klirensi (maşın altlığının ən aşağı nöqtəsindən asfalta qədər məsafə) kimi parametrləri nəzərə alın.
Rahat xırdalıqlar avtomobilin gündəlik istismarından aldığınız zövqə təsir edəcək.
(oxu.az)
Dövlət qurumlarının avtomobilləri satışda: Ən ucuz avtomobil 1 200 manatdır - SİYAHI
İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır - FOTOLAR
“Toyota”nın yubiley avtomobili: Zəif mühərriklə bağlı məntiqli izah
“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO










