Etibarnamə ilə alınan avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Azərbaycanda avtomobil alqı-satqısı zamanı bəzi vətəndaşlar nəqliyyat vasitəsini öz adına keçirmək əvəzinə, sərəncam vermək hüququ ilə etibarnamə almağa üstünlük verirlər.
Bu üsul müəyyən hallarda vaxt və əlavə xərclərə qənaət imkanı yaratsa da, sonradan müxtəlif hüquqi problemlərə səbəb ola bilir. Mövcud qanunvericiliyə əsasən, sərəncam etibarnaməsi sahibi avtomobili idarə edə, sata və ya digər əməliyyatlar apara bilsə də, nəqliyyat vasitəsini birbaşa öz adına rəsmiləşdirə bilmir.
Mövzu ilə bağlı danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, bu məhdudiyyət qanunvericiliyin tələblərindən irəli gəlir və hüquqi baxımdan əsaslandırılmış mexanizmdir.
Ekspertin sözlərinə görə, sərəncam vermək hüququ olan etibarnamə avtomobilin yalnız üçüncü şəxsin adına rəsmiləşdirilməsinə imkan verir:
“Etibarnamə alan şəxs avtomobili öz adına keçirə bilməz. Bu, qanunla müəyyən edilmiş qaydadır və vətəndaşlar bunu bilməlidirlər. Hesab edirəm ki, əsas diqqət etibarnamə ilə bağlı qaydaların dəyişdirilməsindən daha çox, nəqliyyat vasitələrinin dövlət qeydiyyatı və təkrar qeydiyyatı prosedurlarının sadələşdirilməsinə yönəldilməlidir. Bu baş verərsə, insanlar avtomobili etibarnamə ilə idarə etmək əvəzinə, onu birbaşa öz adlarına rəsmiləşdirməyə üstünlük verərlər”.
E.Muradlı qeyd edib ki, etibarnamə ilə avtomobil idarə etmək uzun illərdir müxtəlif risklər yaradır və çoxsaylı vətəndaşlar bu səbəbdən hüquqi problemlərlə üzləşiblər:
“Bu barədə dəfələrlə danışılıb, ictimaiyyət məlumatlandırılıb. Buna baxmayaraq, bəzi şəxslər hələ də avtomobili öz adlarına keçirmək istəmirlər. Halbuki etibarnamə özü-özlüyündə riskli mexanizmdir”.
Ekspertin fikrincə, əsas təhlükə avtomobilin hüquqi sahibinin başqa şəxs olaraq qalmasıdır:
“Bəzən insanlar avtomobili aldıqları şəxsin kim olduğunu, hər hansı borcunun, məhkəmə çəkişməsinin və ya digər hüquqi probleminin olub-olmadığını araşdırmadan nəqliyyat vasitəsini onun adına saxlayırlar. Sonradan isə bunun fəsadları ilə üzləşirlər. Təcrübədə belə hallara dəfələrlə rast gəlinib. Buna görə də vətəndaşlara tövsiyəm odur ki, avtomobil alarkən onu mütləq öz adlarına rəsmiləşdirsinlər. Bu, gələcəkdə yarana biləcək hüquqi risklərin qarşısını almağın ən etibarlı yoludur”./sfera.az
Benzin və dizel maşın sürənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu












