Etibarnamələrin sayı sığorta qiymətini artırır? - Ekspertdən CAVAB

Son günlər sosial şəbəkələrdə avtomobillərin icbari sığortası ilə bağlı yeni qaydaların tətbiq edildiyi, etibarnamələrin sayının sığorta haqqına təsir etdiyi barədə məlumatlar yayılır. Bildirilir ki, artıq avtomobil üzərində etibarnamələrin sayı artdıqca icbari sığortanın qiyməti də yüksələcək və bu hallar sistemdə nəzərə alınacaq.
Həqiqətənmi etibarnamələrin sayı artıq icbari sığorta haqqının hesablanmasına təsir edir?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Adil Nəbiyev bildirdi ki, son günlər sosial şəbəkələrdə avtomobillərin icbari sığortası ilə bağlı etibarnamələrin sayının sığorta haqqına təsir edəcəyi barədə müxtəlif iddialar səsləndirilir, amma hazırda qüvvədə olan qanunvericilikdə və rəsmi qaydalarda avtomobil üzərində verilmiş etibarnamələrin sayının icbari avtomobil sığortasının qiymətinin hesablanmasına birbaşa təsir etməsini nəzərdə tutan hər hansı norma mövcud deyil:
"Bu səbəbdən etibarnamələrin çox olması ilə sığorta haqqının avtomatik bahalaşacağı barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Hazırda icbari sığorta haqqının hesablanmasında əsas diqqət nəqliyyat vasitəsinin risk səviyyəsinə yönəldilir. Burada sürücünün sığorta tarixçəsi, əvvəlki illərdə yol-nəqliyyat hadisələrində iştirak edib-etməməsi, bonus-malus sistemi çərçivəsində formalaşan risk əmsalları, avtomobilin istifadə təyinatı və digər risk amilləri nəzərə alınır. Xüsusilə kommersiya məqsədilə, o cümlədən taksi kimi istifadə olunan nəqliyyat vasitələri üzrə risk daha yüksək qiymətləndirildiyindən sığorta haqqı da fərqli ola bilər. Etibarnamə isə hüquqi baxımdan yalnız avtomobilin idarə edilməsi və ya müəyyən hüquqların başqa şəxsə verilməsi üçün rəsmiləşdirilən sənəddir".
Ekspert qeyd etdi ki, bir avtomobil üçün bir və ya bir neçə etibarnamənin mövcudluğu həmin nəqliyyat vasitəsinin qəza riskini avtomatik artıran amil hesab edilmir:
"Buna görə də hazırkı normativ-hüquqi bazada bu göstəricinin sığorta tariflərinə təsir etməsi nəzərdə tutulmayıb. Əlbəttə, gələcəkdə risklərin qiymətləndirilməsi mexanizmləri təkmilləşdirilərsə və etibarnamələrlə bağlı yeni yanaşma tətbiq olunarsa, bu barədə əvvəlcədən müvafiq normativ aktlar qəbul edilməli və ictimaiyyətə rəsmi şəkildə açıqlanmalıdır. Hazırkı vəziyyətdə isə sürücülər sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş məlumatlara deyil, rəsmi dövlət qurumlarının və sığorta tənzimləyicilərinin açıqlamalarına etibar etməlidirlər. Nəticə etibarilə, bu gün üçün avtomobil üzərində verilmiş etibarnamələrin sayı icbari avtomobil sığortasının qiymətinə təsir göstərmir. Sığorta haqqı risk əsaslı meyarlar üzrə hesablanır və etibarnamələrin çoxluğu həmin meyarlar sırasında yer almır. Buna görə də bu mövzuda yayılan xəbərləri doğru qəbul etməzdən əvvəl onların rəsmi mənbələrlə təsdiqlənib-təsdiqlənmədiyini yoxlamaq vacibdir."
İcbari avtomobil sığortasında YENİ QAYDALAR - Sürücüləri hansı dəyişikliklər gözləyir?
2026-cı ilin avtomobilində saxta mexaniki ötürmələr qutusu
Avtomobildə təhlükəsizlik kəməri taxmayan sərnişinlərin nəzərinə!
Azərbaycanda "Chevrolet Cobalt" istehsal ediləcək
"Porsche" Almaniyada daha 4 min işçisini ixtisar edə bilər
Maşından gələn təhlükəli səslər: Nə vaxt hərəkəti dayandırmaq lazımdır?
Qazaxıstanda da benzin növbələri yarandı - FOTO
Rusiya “Porsche”nin Avropadakı ən böyük diler mərkəzlərindən birini vurdu
“İkinci əl” avtomobil bazarında böyük hiylə – Avropadan gələn maşınların kilometrajını necə gizlədirlər?
Maşının cərimə meydançasına aparılması ilə bağlı Rusiyada YENİ QAYDA
Xaricdən gətirilən bəzi avtomobillərin VİN kodu silinir - VİDEO










