Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO

Ev şəraitində və şarj stansiyalarında doldurulan elektromobillərin yürüş məsafəsində 20-30 kilometr fərq yaranır.
Avtosfer.az "Xəzər" TV-yə istinadən xəbər verir ki, söhbət son illərdə marağın artdığı elektromobillərdən və plagin hibrid avtomobillərdən gedir.
Elektromobil sahibləri üçün şarj üsulu artıq yalnız rahatlıq məsələsi deyil. Bu, gündəlik xərclərə və avtomobilin istifadəsinə birbaşa təsir edən amillərdən biridir.
Mütəxəssis Daşqın Əliyevin sözlərinə görə, xüsusilə evdə şarj imkanı olan sürücülər üçün bu üsul daha sərfəli ola bilər.
Evdə şarj etmək təkcə yürüş məsafəsi baxımından deyil, qiymət baxımından da daha əlverişlidir.
Mütəxəssisin sözlərinə görə, avtomobilin batareya tutumundan və modelindən asılı olaraq bir tam şarj zamanı evdə və elektrik doldurma stansiyasında yaranan xərc arasında 5-7 manat fərq olur.
Daşqın Əliyevin fikirlərindən belə aydın olur ki, bu tip nəqliyyat vasitələrindən istifadə edənlər üçün evdə şarj etmək daha az xərc deməkdir.
Lakin bunun üçün ayrıca elektrik xətti çəkilməli, elektrik lövhəsi quraşdırılmalı və torpaqlama təmin edilməlidir. Bu, şarj prosesinin təhlükəsizliyinin təmin olunması üçün vacibdir.
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?
"Volkswagen" 208 min avtomobili geri çağırır - SƏBƏB
Pekində 720 kilometr, Parisdə 580: Çin avtomobilində maraqlı fərq
Sürücülərin NƏZƏRİNƏ: Bu avtomobillər tamamilə yığışdırılır?
Rusiyada 30-cu illərə “kişi kimi” qayıdış - FOTOLAR
Bu maşınların təmir xərcləri baha başa gəlir
Sürət limiti olmayan yollar sürət həvəskarları üçün çəkilməyibmiş












