Evin qarşısında maşın saxlamaq – azərbaycanlı və fransız sürücülərin oxşar səhvi - FOTO

Bakının məhəllələrində kiminsə binanın qarşısında zəncirlə, metal dirəklə özünə parklama yeri ayırması adi haldır. Doğrudur, qanun buna elə sovet vaxtından icazə vermir. Lakin, nəzarət olmadığı üçün çoxları belə düşünür ki, elə bu cür doğrudur.
Avtosfer.az xəbər verir ki, Azərbaycanda son günlərdə şəxsi həyət evlərinin qarşısında avtomobil park edənlərin cərimələnməsi barədə xəbərlər yayılır. Buna ekspertlər də münasibət bildiriblər və hər bir rəyə hörmətlə yanaşırıq. Bu öz yerində.
Bizdə hansısa qəribə hadisə baş verəndə ilk münasibət belə olur: “dünyanın heç bir yerində belə şey yoxdur”. Amma var. Məsələn, Fransanın Yol Hərəkəti Məcəlləsinin 417-ci maddəsinə görə nəqliyyat çıxışı üçün nəzərdə tutulmuş qapının (darvaza, qaraj qapısı) qarşısında parklamaq olmaz.
Qanunvericilik heç bir istisna yeri qoymur. Hətta daşınmaz əmlakın sahibinə hansısa istisna tanınmır. Qayda pozanı 35 avro cərimə gözləyir.
Lakin, pəncərə qarşısında saxlamaq qadağan deyil. Bir şərtlə ki, piyadaların və nəqliyyat vasitələrinin sərbəst hərəkətinə maneə yaranmasın. Səkidə və piyada yolunda parklama isə istisnasız şəkildə qadağandır və 135 avro cərimə ilə cəzalandırılır.
Bundan əlavə, “Qapının qarşısında maşın saxlama” tipli elanların da yerləşdirilməsi də inzibati xətadır.
Oxşar mövzuda başqa xəbər: https://avtosfer.az/az/avtosfer-foto/bu-olkede-sexsi-avtomobili-oz-evinin-qarsisinda-saxlamaq-olmaz-foto-306210
.jpg)
Benzin və dizel maşın sürənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu












