"Ford" ABŞ-də 420 min avtomobili geri çağırır

ABŞ-nin avtomobil istehsalçısı olan "Ford Motor" şirkəti təhlükəsizlik kəməri ilə bağlı nasazlıq səbəbindən Birləşmiş Ştatlarda təxminən 420 000 avtomobili geri çağırır. Avtosfer.az-ın Oxu.az-a istinadən xəbərinə görə, bu barədə ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasından (NHTSA) məlumat verilib. Bildirilib ki, geri çağırış 2018-2022-ci illərin buraxılışı olan "Ford Expedition" və "Lincoln Navigator" avtomobillərinə şamil olunur. Bu maşınlarda sürücü oturacağı və ya ön sərnişin oturacağında təhlükəsizlik kəmərinin dartıcıları sərbəst şəkildə kəməri bloklaya bilər ki, nəticədə onun lazımi şəkildə uzanması və ya geri çəkilməsində problem yaranar. Bu da qəza zamanı xəsarət alma riski deməkdir. Diler mərkəzlərinin əməkdaşları geri çağırılan avtomobilləri yoxlayacaq və nasaz dartıcıları dəyişdirəcəklər.
Xatırladaq ki, "Ford" səhmləri mayın 3-də ilkin alqı-satqı zamanı 0.6% ucuzlaşıb. İlin əvvəlindən bəri şirkətin kapitalizasiyası 23% artaraq, 66.27 milyard dollara çatıb.
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












