“Ford”dan elektromobil həmləsi

ABŞ-ın “Ford” şirkəti tədricən daxili yanma mühərrikli avtomobillərin istehsalından imtina edərək elektromobillərin istehsalına başlayacaq.
Avtosfer.Az-ın İKT.lent.az-a istinadən xəbərinə görə, bunu “Engadget” saytına müsahibəsində “Ford”un “yaşıl” istiqamət üzrə qlobal direktoru Ted Kannis deyib. O bildirib ki, avtomobil dünyası dəyişir və şirkət zamanla ayaqlaşmalıdır. T. Kannis qeyd edib ki, “Ford” müxtəlif bazarlara və publikaya istiqamətlənmiş elektromobillər buraxacaq, çünki adi maşınların dövrü sona yaxınlaşır.
“Ford”un yeni nəsil elektromobillərindən ilki “Mustang” və “Mach 1” olacaq. Onlar 2020-ci ildə satışa çıxacaq. 2022-ci ildə şirkət daha 16 növ elektromobil, eləcə də 24 hibrid avtomobil təqdim edəcək.
Xatırladaq ki, “Toyota”, “Volvo”, “Peugeot” və dünya avtomobil sənayesinin digər markaları da daxili yanma mühərrikindən imtinaya hazırlaşır.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












