Gələcəyimiz üçün hamımız cavabdehik - FOTO

İctimaiyyəti narahat edən, cəmiyyəti düşündürən məsələləri polis orqanları da daim diqqətdə saxlayır, bu sosial problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirirlər. Ölkəmizin demək olar ki, əksər şəhər və rayonlarında orta məktəblərdə, gənclər kollektivlərində keçirilən görüşlərdə günümüzün aktual mövzularına toxunulur, dinləyicilərin maariflənməsi işi diqqətdə saxlanılır. Belə tədbirlərdən biri bu yaxınlarda paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən Emin Əliyev adına tam orta məktəbdə keçirilib. “Ağ ölüm əsrin bəlasıdır” görüşün əsas mövzusu olub.
Tədbirdə Bakı şəhər Baş Polis İdarəsinin Veteranlar Şurasının sədri Emin Məmmədov, Bakı şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Naib Ömərov, İctimai Təhlükəsizlik İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Məryəm Ömərova, Binəqədi RPİ-nin Veteranlar şurasının sədri Zakir Əhmədov iştirak ediblər.
Çıxış edən tədbir iştirakçıları yetkinlik yaşına çatmayanlar arasında hüquqazidd əməllərin, sosial bəlaya çevrilmiş narkomaniya və digər zərərli vərdişlərin fəlakətli nəticələrə gətirib çıxardığını və bu tip maarifləndirici tədbirlərin yeniyetmələrin təlim-tərbiyəsində xüsusi əhəmiyyəti olduğunu qeyd etmiş, gənclərimizə idmanla məşğul olmağı, yaxşı oxumağı və vətənpərvərlik ruhunda böyümələrini tövsiyyə etmişlər.
Sonda tədbir diskussiya şəklində davam edib, şagird və müəllim heyətini maraqlandıran suallar ətraflı cavablandırılıb.
Veteranların iştirakı ilə belə silsilə tədbirlər Yasamal rayonu ərazisindəki 225 saylı, Xətai rayonundakı 17 saylı tam orta məktəblərdə, Xəzər rayonundakı 322 saylı, Nərmanov rayonundakı “Humanitar fənlər liseyi” və “İstək” liseyində də tədbirlər keçirilibr. 2018-ci ilin 1-ci rübündə Bakı şəhər BPİ-nin Veteranlar şurasının iştirakı və təşkilatçılığı ilə 386 tədbir keçirilmiş, onlar 244 cinayətin açılmasında iştirak etmişlər.
Xəyalə Məmmədova,
polis leytenantı
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur














