Gələn ay bu avtomobillər kəskin bahalaşacaq

Avtomobil bazarında qiymət artımı hələlik kəskin səviyyədə olmasa da, müəyyən dinamika müşahidə olunur. Hazırda 5–10% civarında bahalaşmadan danışmaq mümkündür. Lakin gələn ilin yanvar–fevral aylarından etibarən idxal olunan avtomobillərin qiymətində təxminən 20% artım ola bilər. Bunun əsas səbəbi ekoloji təmiz nəqliyyat vasitələrinə tətbiq olunan güzəştlərin müddətinin başa çatmasıdır. Güzəştlərin bitməsi xüsusilə hibrid avtomobillərin qiymətlərinə təsir göstərəcək.
Bu sözləri nəqliyyat eksperti Eldəniz Cəfərov avtomobil bazarındakı mövcud vəziyyəti şərh edərkən deyib.
Ekspert bildirib ki, hibrid avtomobillərə maraq son illər ciddi şəkildə artıb:
“Ölkədə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinə simpatiya formalaşıb və bu sahədə dövlətin son 3–4 ildə atdığı stimullaşdırıcı addımlar — rüsumların azaldılması və müxtəlif güzəştlər — hibrid avtomobillərin geniş şəkildə yayılmasına səbəb olub. Hazırda ölkədə ən populyar avtomobillər məhz hibrid modellərdir”.
E.Cəfərov əlavə edib ki, 2-ci əl avtomobil bazarında bu gün aktivlik bir qədər azalıb. Köhnə avtomobillərin satışında durğunluq müşahidə olunsa da, ekspert gələn ildən bu seqmentdə müəyyən canlanma olacağını istisna etmir./axar.az
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












