"Gənclər idarəetməni avtomobildəki musiqiyə həvalə edir"

Bugünki gənclik arasında adrenalin və həyəcan axtarışı artmaqdadır. Təəssüf ki, bu meyl bəzən həyatlarını riskə atacaq dərəcəyə çatır. Gənclərin bir qismi sürət həddini aşmaq, təhlükəli hərəkətlər etmək kimi davranışlarla öz həaytalarını təhlükəyə atırlar.
Mövzu ilə bağlı psixoloq Aytən Ələkbərova açıqlamasında bildirib ki, yeniyetməlik dövründə uşaqların kollektivdəki mövqeyi, ictimai münasibətlər sistemində tutduğu yer və ümumi davranış modelləri əvvəlki yaş mərhələlərinə nisbətən ciddi dəyişikliklərə uğrayır.
"Bu mərhələdə uşaqların davranış və rəftarlarında daha əvvəl müşahidə olunmayan yeni xüsusiyyətlər formalaşmağa başlayır. Yeniyetmənin şəxsiyyətinin kiçik məktəbli dövründən fərqli cəhətlərindən biri də avtomobilə meylliliyin yaranması, adrenalinin artması və eforiya vəziyyətində riskli davranışlara meyilin güclənməsidir.
Bəzən görürük ki, bu gənclər avtomobili yüksək sürətlə, musiqinin təsiri altında idarə edirlər. Xüsusilə ritmik, bas, caz və ya rok tərzində musiqilərin təsiri ilə onlar sanki idarəetməni musiqiyə təhvil verirlər. Belə hallarda bu gənclər mütləq şəkildə nəzarətə götürülməlidir.
Belə hallarda gənclər bəzən etdiklərinin nəticəsini dərk etmirlər, çünki adrenalinin və emosional gərginliyin təsiri altında olurlar.
Avtomobil qəzalarına səbəb olan əsas psixoloji amillərdən biri də “yol hipnozu” adlanan haldır. Bu zaman sürücü yuxusuzluq, fikir dağınıqlığı və ya emosional yorğunluq nəticəsində diqqətini itirir. Hər bir insanın avtomobil idarəetmə zamanı davranışı fərqli olur: bəziləri sakitlik olan zaman daha yaxşı idarə edir, bəziləri isə əksinə, səs və söhbət mühitində rahat olur.
Bu fərqliliklər insanın psixi xüsusiyyətləri, temperament tipi və emosional sabitliyi ilə birbaşa əlaqəlidir. Məhz buna görə də, gələcəkdə sürücülük vəsiqəsi verilərkən bu psixoloji xüsusiyyətlər də nəzərə alınmalıdır.
Baş verən avtomobil qəzaları bir çox ailələrdə dərin faciələrə, yarımçıq qalan arzulara səbəb olur. Buna görə də, hər kəs sürücü ola bilməz. Bu məsuliyyət yalnız emosional sabit və psixoloji cəhətdən hazırlıqlı şəxslərə verilməlidir.
Eyni zamanda, valideynlər övladları ilə sağlam münasibət qurmalı, onları anlayış və dostluq üzərində tərbiyə etməlidirlər. Belə olduqda, gənclər məsuliyyətsiz və riskli davranışlara meyl etməyəcək, nə özlərinin, nə də başqalarının həyatını təhlükəyə atacaqlar".(azedu.az)
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir












