"General Motors" Çinə avtomobil tədarükünü dayandırır

ABŞ-nin ən böyük avtomobil istehsalçısı olan "General Motors" (GM) Çinə avtomobil tədarükünü dayandırmaq qərarına gəlib. Şirkət bu barədə artıq Çindəki ixrac bölməsinin diler və əməkdaşlarını məlumatlandırıb. Avtosfer.az-ın Oxu.az-a istinadla xəbərinə görə, bu barədə "General Motors" nümayəndəsi jurnalistlərə açıqlama verib.
Nümayəndənin sözlərinə görə, Çinin premium avtomobil seqmentinə yönəlmiş "GM Durant Guild" platforması vasitəsilə ABŞ-dən idxal olunan avtomobillər ölkədəki ümumi satışların 0.1 faizindən azını da təşkil edib.
"İqtisadi mühitdə baş verən mühüm dəyişikliklər səbəbindən biz "Durant Guild" platformasını yenidən qurmaq qərarına gəldik", - deyə korporasiyanın bəyanatında bildirilir.
Bununla yanaşı, "GM China"nın ümumi fəaliyyətinin də optimallaşdırılacağı qeyd olunub.
Qeyd edək ki, "General Motors" Çində fəaliyyətini SAIC şirkəti ilə birgə yaratdığı müəssisələr vasitəsilə davam etdirir.
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












