"General Motors" Kanadadakı zavodlardan birini bağlayır

Amerikanın “General Motors” şirkəti Kanadanın Ontario ştatının İngersoll şəhərindəki avtomobil yığma zavodlarından birini müvəqqəti olaraq bağlamağı planlaşdırır.
Avtosfer.az xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.
Bildirilib ki, işçilərin ixtisarı aprelin 14-dən başlayacaq. Zavod may ayında qısa müddətə birnövbəli işə keçəcək, lakin sonradan oktyabr ayına qədər tamamilə bağlanacaq. Onun oktyabrda yenidən işə başlaya biləcəyi gözlənilir, ancaq bir növbədə. Hazırda müəssisədə çalışan 1200 nəfərdən ən azı 500 nəfərinin işini itirəcəyi gözlənilir.
Aprelin 2-də ABŞ prezidenti Donald Tramp ölkəsinin idxal olunan mallar üçün minimum 10% gömrük rüsumunu təyin edəcəyini açıqlayıb. Ayrı-ayrı dövlətlər üçün fərdi tariflər təyin edib. Bundan əlavə, ABŞ administrasiyası aprelin 3-dən Kanada da daxil olmaqla bütün idxal olunan avtomobillərə 25% gömrük rüsumları tətbiq edib. Aprelin 3-də Ottava ABŞ-dən idxal edilən bütün avtomobillərə 25% cavab rüsumları tətbiq edib (redaktor.az).
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












