Görünüşə aldanmayın: Bu, “Mercedes 190” deyil - FOTO

Azərbaycanda bir-neçə il əvvələdək çox populyar olan, indi isə Bakı küçələrindən sürətlə seyrələn “Mercedes 190” (W201 kuzov) haqqında çoxlarının məlumatı var.
Lakin bu avtomobilin bir vaxtlar Şimali Koreyada yığılmasından isə çoxları bixəbərdir. Bu müvəqqəti istehsalın kökündə Koreyanın kommunist rəhbərliyinin Mercedes sevgisi dayanırdı.
Avtosfer.az-ın “leblogauto.com”a istinadla xəbərinə görə, 80-ci illərin sonunda Şimali Koreyanın rəhbəri Kim İr Sen (Kİm Çen Inın babası) ölkədə avtomobil istehsal etməyi qərara alır. Kommunist ideoloqlar isə “Bəşəriyyətin xilaskarı”na (İr Senin titullarından biri) bir partiya avtomobil alaraq onu sökməyi, ardınca isə detalları ölkədə hazırlayaraq yerli istehsal təşkil etməyi məsləhət görürlər. Təklif qəbul olunur və Almaniyadan 10 ədəd “Mercedes 190” alınaraq sökülür. Şimali koreyalı mütəxəssislər avtomobili ətraflı öyrəndikdən sonra istehsal başlayır.
Əlbəttə ki, Pxenyanda yığılan “Kaengsaeng 88”, “Paektusan” (və ya Paekdusan) və “Pyongyang 410” (və ya 4.10) ştutqartlı qardaşlarından bütün parametrlərinə görə geri qalır. Bu avtomobillərdə salon qızdırıcı sistem, kondisioner, avtomat sürət qutusu, qaz amortizatorlar və sair detallar yox idi. Keçmiş sosialist blokundakı istehsal mədəniyyəti isə hamıya tanışdır.
İqtisadi böhran və xammal çatışmazlığı üzündən istehsal cəmi bir-neçə il davam etdi. Bu gün Şimali Koreyada avtomobil istehsalı ilə məşğul olan “Pyonghwa Motors”un illik istehsal gücü Gəncə Avtomobil Zavodunun istehsalından daha azdır.
Vüqar Yaşaroğlu
Benzin və dizel maşın sürənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu















