Günəş avtomobilə hansı zərərləri vurur? - Usta AÇIQLADI

Yay aylarında havanın temperaturunun yüksəlməsi avtomobillərin günəş altında qalmasını sürücülər üçün ciddi problemə çevirir. Uzun müddət birbaşa günəş şüalarının təsirinə məruz qalan avtomobillərdə həm xarici görünüş, həm də salonun müxtəlif hissələri zədələnə bilər.
Bəs avtomobili günəş altında saxlamaq hansı fəsadlara səbəb olur və bu təsirlərdən qorunmaq üçün nə etmək lazımdır?
Avtosfer.az-ın məlumatına görə, avtomobil ustası Sahil Ağabəyli "Redaktor.az"a açıqlamasında bildirdi ki, avtomobili bacardıqca günəş altında saxlamaq olmaz:

"Eyni zamanda, günəş şüası avtomobilin boyasına həddən artıq çox zərərdir. Avtomobilin çölündə, içərisində fərqi yoxdur, plastik hissələri günəş çürüdür. Dubayda bir avtomobil var idi, 50-100 min manat dəyəri var idi, amma 4 il günəşin altında qalmışdı. Həmin avtomobili 20-30 min manat aşağısına verdilər. Niyə? Çünki günəş onu tamamilə pis günə qoymuşdu. Eyni zamanda, sürücü gəlib əyləşirsə, avtomobilin içərisində istidən həddən artıq çox narahat olur. Bacardıq qədər kölgə yerlərdə avtomobillər saxlanılsın. Kölgə yerdə saxlamağa da imkanınız yoxdursa, avtomobillər üçün tentlər var. Onu ən azından alsınlar. Bugünkü gün elə bir bahalı bir şey deyil, 30-50 manat aralığında tapmaq olar. Onlardan avtomobillərinin üzərinə mütləq çəksinlər ki, günəş şüasından avtomobili qorusunlar".
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












