Gürcüstan və Rusiyadan maşınla gələnlərin işi asanlaşdı - FOTO

“Sadıxlı” gömrük postunda yeni inzibati binanın tikintisinə başlanılacaq Azərbaycanla Gürcüstan arasında yerləşən "Sadıxlı" gömrük postunda yeni inzibati binanın tikintisinə tezliklə başlanılacaq. Bu barədə Dövlət Gömrük Komitəsində Fəaliyyətin Qiymətl¬əndirilməsi və İnkiş¬af Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abasov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan gömrükçülərinin birgə fəaliyyət göstərəcəyi inzibati binanın tikintisi ilə bağlı danışıqlar yekunlaşıb, nəticələr əldə olunub. Tezliklə inzibati binanın tikintisinə başlanılacaq. A.Abasov qeyd edib ki, birgə binada fəaliyyətin mahiyyəti ondan ibarətdir ki, nəqliyyat vasitəsi hansı ölkədə yoxlanılsa digər tərəf yoxlama aparmayacaq. Bu da ticarətin asanlaşmasına və sürətli olmasına xidmət edəcək. Azər Abasov onu da deyib ki,.Rusiya ilə sərhəddə yerləşən Xaçmaz Gömrük İdarəsinin "Xanoba" gömrük-keçid məntəqəsi fəaliyyətinin genişləndirilməsi planlaşdırılır.
Onun sözlərinə görə, mövcud gömrük-keçid məntəqəsi qalmaq şərti ilə onun yanında yeni gömrük buraxılış məntəqəsi tikiləcək: "Bu məntəqədə bir tərəfin yoxlayacağı nəqliyyat vasitələri qarşı tərəfdə yoxlanılmayacaq".
A.Abasov qeyd edib ki, artıq bu məsələ ilə bağlı komissiya yaradılıb və işlər aparılır.
Emin
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur

















