Gürcüstandan Azərbaycana avtomobil idxalı artıb

Bu ilin yanvar-fevral aylarında Gürcüstandan Azərbaycana 16 mln. 116.0 min dollar dəyərində 876 ədəd avtomobil idxal edilib. “APA-Economics” xəbər verir ki, bu barədə Gürcüstanın Milli Stastika İdarəsinin məlumatında deyilir. Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 754 ədəd və ya 7,18 dəfə çoxdur. Məbləğ baxımından isə 12 mln. 963,1 min dollar və ya 5,11 dəfə çoxdur.
Qeyd edək ki, 2017-ci ilin yanvar-fevral ayları ərzində Gürcüstandan Azərbaycana 3 mln. 152,9 min dollar dəyərində 122 ədəd avtomobil göndərilib. Ümumilikdə isə ötən iki ay ərzində Gürcüstandan 37 mln. 979.5 min dollar dəyərində avtomobil ixrac edilib. Bu isə Gürcüstanın ümumi ixracının 8,5%-nə bərabərdir. 2017-ci ilin yanvar-fevral aylarında bu rəqəm 19 mln. 319.8 min dollar dəyərində olub.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












