Gürcüstanın Azərbaycana avtomobil idxalı azaldı

Ötən il Gürcüstan Azərbaycana 213 milyon ABŞ dolları dəyərində 7 min 814 ədəd avtomobil ixrac edib.
Avtosfer.az-ın Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 27 %, kəmiyyət olaraq – 39 % azdır.
Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.
2025-ci ildə Gürcüstan xarici ölkələrə 2 milyard 814 milyon ABŞ dolları dəyərində 111 min 265 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 16 % və 5 % çoxdur.
Hesabat dövründə Gürcüstandan Qırğızıstana 1,42 milyard ABŞ dolları dəyərində 40 min 861 ədəd, Qazaxıstana 785 milyon ABŞ dolları dəyərində 44 min 767 ədəd, Tacikistana 162 milyon ABŞ dolları dəyərində 7 min 592 ədəd, Özbəkistana 78 milyon ABŞ dolları dəyərində 2 min 658 ədəd avtomobil tədarük edilib.
Xatırladaq ki, 2024-cü ildə Gürcüstan 2,4 milyard ABŞ dolları dəyərində 106 051 ədəd avtomobil ixrac edib ki, bunun da 290 milyon ABŞ dolları dəyərində 12 849 ədədi Azərbaycanın payına düşüb./report
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?












