Hansı detalları dəyişmək üçün servisə getməyə ehtiyac yoxdur?

Vaxtilə sürücülərin çoxu avtomobili özləri təmir edirdi. İndi isə vəziyyət dəyişib. Lakin, avtomobillər nə qədər təkmilləşsə də, hər xırda iş üçün servisə getməyə lüzum yoxdur.
Avtosfer.az xəbər verir ki, bəzi işləri sürücülər özləri icra edə bilərlər. Məsələn, mühərrikdə soyuducu mayenin səviyyəsini yoxlamaq və lazımsa əlavə etmək üçün servisdə vaxt itirmək mənasızdır. Antifrizi istənilən adam mağazadan alıb radiatora əlavə edə bilər.
Lakin bu məsələdə ifratçılıq da doğru olmaz. Əgər antifriz səviyyəsi kəskin və davamlı azalarsa, ustaya mütləq baş çəkmək zəruridir.
Mühərrikdə yağ səviyyəsini də sürücü özü ölçməyi bacarmalı və həftədə azı bir dəfə, icra etməlidir.
Hava və salon filtrlərini dəyişmək üçün nə ustaya ehtiyac var, nə də alətə. Hər 2 detalı yerindən çıxarıb yenisi ilə əvəzləmək heç 10 dəqiqə vaxt aparmır. Indiki avtomobillərdə bu filtrlər bolt-qayka ilə bağlanmır.
Bir vacib detal da var ki, sürücü onu dəyişməyi mütləq bacarmalıdır. Söhbət təkərdən gedir. Yaşından, stajından asılı olmayaraq hər bir sürücü təkər dəyişməyi bilməlidir.
Bunun üçün də ehtiyat təkərlə yanaşı, domkrat və təkər açarı da hər zaman avtomobildə olmalıdır. Şəhərdən kənarda, yaxud servislərin işləmədiyi vaxtda təkər dəyişmək zərurəti yarana bilər.
Bir çox ölkədə təkər dəyişmək sürücülük imtahanının ayrılmaz praktik sualıdır.
Vüqar Yaşaroğlu
Azərbaycanda bu maşınlar yığışdırılır – Sahiblərini nə gözləyir?
Benzin və dizel maşın sürənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı












