Hansı düymələr çətin vəziyyətdə köməyə gələ bilər? - Avtomobilin bilinməyən faydalı funksiyaları

Avtomobillər müxtəlif funksiyalarla təchiz edilsə də, bir çox sürücülər alətlər panelindəki yalnız əsas düymələrdən istifadə etməyə davam edirlər. Lakin bir neçə düymə var ki, onlar haqqında məlumatlı olmaq faydalıdır.
Avtosfer.az xəbər verir ki, bu barədə "Pravda.ru" nəşri yazıb.
Bu düymələrdən biri "Shift Lock Release"dir. Bu, avtomatik ötürmə qutusunun selektorunun yanında, qapağın altındakı kiçik bir düymədir. Mühərrik işə düşmədikdə və ya akkumulyator söndüyü zaman, bu düymə ötürücü qutunun kilidini açmaq üçün istifadə olunur.
Digər gözə çarpmayan element isə "Valet" düyməsidir. Bu düymə adətən siqnalizasiya sistemi quraşdırıldığı zaman gizlədilir. Brelok (açar) qəfil işləmədikdə, bu düymə mühafizə sistemini söndürməyə kömək edir.
Bəziləri unudurlar ki, ön sərnişinin hava yastığını söndürmək mümkündür. Bu, xüsusilə uşaqların kresloda aparıldığı zaman vacibdir. Bunun üçün saxlanc yerində və ya ön panelin ucunda olan kilidi tapmaq və alışdırma açarı ilə çevirmək lazımdır.
Həmçinin az adam pəncərə qaldırıcıları üçün uzaqdan idarəetməni istifadə edir. Sadəcə brelokdakı açma düyməsini bir neçə saniyə basıb saxlamaq kifayətdir, bu zaman bütün pəncərələr aşağı düşür.
Əgər avtomobildə arxa qapıların kilidlənməsi funksiyası varsa, xüsusilə də arxa oturacaqda uşaqlar olduğu zaman ondan istifadə etmək məqsədəuyğundur. Bu qapının ucundakı ötürücü onu yalnız kənardan açmağa imkan verir.
Və nəhayət, soyuq havada və ya küçədən xoşagəlməz qoxular gəldikdə, havanın resirkulyasiyası (təkrar dövriyyəsi) düyməsi kömək edəcək. Bu düyməni işə salmaq salonun daha tez qızdırılmasına və ya işlənmiş qazların avtomobilin içərisinə daxil olmasının qarşısının alınmasına imkan verir.(oxu.az)
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir












