Hansı maşınların qiyməti qalxır? - AÇIQLAMA

"Bugünkü gün maşın bazarında qiymət artımı müşahidə olunur. Bu, yeni gələn Çin avtomobillərinə və ili köhnə olan, yəni ölkədə istifadə olunan avtomobillərə də şamil olunur, artıq onların da qiymətlərində artım müşahidə edirik". Avtosfer.az xəbər verir ki, bu fikirləri Redaktor.az avtomobil bazarındakı qiymətlərdən danışan avtomobil satışı üzrə mütəxəssis Sərxan Qədirov bildirdi.
Onun sözlərinə görə, qiymət artımı 1000-2000 manata qədər, hətta bəlkə 3000-4000 manat həcmində olur:
"Lakin bu, böyük motorlu avtomobillərə aid deyil. Əksinə, onların qiymətində tələbat az olduğundan, qiymətlərdə müəyyən enmə müşahidə olunur. Qiymət artımı ilin sonuna, yəni dekabrın axırına qədər davam edəcək. Müştərilər də bilirlər ki, yanvardan sonra gömrük rüsumları artırılacaq və bazarda qiymətlərin qalxacağı gözlənilir. Buna görə də indi bazara gedib yanvara qədər maşın almağı düşünürlər. Bazarlarda artıq canlanma var və ilin sonuna qədər bu müşahidə olunacaq. Ona qədər qiymətlər artmağa davam edəcək. Yanvardan mart ayına qədər isə soyuq fəsil olduğu üçün bazarlarda zəiflik müşahidə olunur və bu, qiymətlərə təsir göstərəcək. Qiymətlər bir qədər enə bilər, çünki satış zəifdir. Amma mart, aprel və növbəti aylarda qiymətlər artıq oturuşmuş olacaq. Yeni gələn avtomobillərin qiymətində də artım müşahidə olunacaq".
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?












