Helikopter qəza enişi etdi

ABŞ hərbi-hava qüvvələrinə məxsus helikopter qəza enişi edib.
Avosfer.az xəbər verir ki, hadisə Yaponiyanın cənub-qərbində yerləşən Kumamoto prefekturasında qeydə alınıb. Hərbi UH-1 helikopterinin Maşiki şəhərindəki aeroporta saat 13:20 radələrində endiyi bildirilir. Helikopter Okinava prefekturasında yerləşən ABŞ dəniz piyadalarına məxsus Futemma hərbi bazasında qeydiyyatdadır.
Yaponiya Müdafiə Nazirliyinin verdiyi məlumata görə, aeroporta iki hərbi helikopter enib. Helikopterlərin enişi zamanı heç bir hadisə baş verməyib.
Nəqliyyat Nazirliyinin yaydığı məlumata görə, hadisə nəticəsində mülki təyyarələrin uçuşu və enişi zamanı heç bir problem yaranmayıb.
Helikopterin mühərrikinin soyutma sistemində yaranmış nasazlığa görə eniş etdiyi bildirilir. Enişdən sonra UH-1 helikopteri özünümüdafiə qüvvələrinin yaxınlıqdakı düşərgəsinə daşınıb və mühərrikdə müvafiq yoxlama aparılıb.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












