Hibrid avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ: ƏDV və gömrük rüsumu yenə ləğv ediləcək?

Azərbaycanda hibrid avtomobillərin sayının artması fonunda bu nəqliyyat vasitələrinə tətbiq olunan vergi və gömrük siyasəti yenidən müzakirə mövzusuna çevrilib. Bəs hibrid avtomobillər Əlavə Dəyər Vergisindən (ƏDV) və ya gömrük rüsumundan azad edilə bilərmi?
Mövzu ilə bağlı açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, hibrid avtomobillərlə bağlı güzəştlərin genişləndirilməsi məsələsi ötən il müzakirə edilib və proses artıq yekunlaşıb.
“Belə müzakirələr ötən il oldu və bitdi. Hazırda hibrid avtomobillərin ƏDV və ya gömrük rüsumundan azad edilməsi ilə bağlı yeni qərar və ya müzakirə yoxdur”.
Eldəniz Cəfərov qeyd edib ki, ekoloji cəhətdən daha təmiz nəqliyyat vasitələrinin təşviqi gələcəkdə yenidən gündəmə gələ bilər. Lakin bunun baş verməsi avtomobil bazarındakı tələbatdan, ölkənin ekoloji siyasətindən və nəqliyyat strategiyasından asılı olacaq.
Qeyd edək ki, son illər Azərbaycanda yanacaq sərfiyyatının azaldılması və ətraf mühitə təsirin minimuma endirilməsi məqsədilə hibrid və elektrik avtomobillərinə maraq artmaqdadır. Buna baxmayaraq, mövcud mərhələdə əlavə vergi və gömrük güzəştlərinin tətbiqi ilə bağlı rəsmi müzakirə aparılmır./konkret.az
Benzin və dizel maşın sürənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu












