Hibrid avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ! - Tələsməyin, yenidən ucuzlaşa bilər - SƏBƏB

Bəzi avtomobillərə tətbiq olunan vergi güzəştlərinin ləğvi ilə bağlı yayılan xəbərlər avtomobil bazarında qiymətlərin artmasına səbəb olub. Xüsusilə hibrid avtomobillərin qiymətləri son 4-5 gün ərzində ən azı 10 faiz bahalaşıb.
Məlumata görə, gələn ilin dövlət büdcəsində hibrid avtomobillər üçün mövcud olan vergi güzəştlərinin ləğvi nəzərdə tutulur. Bu da alıcıların marağını artıraraq bazarda tələbin yüksəlməsinə gətirib çıxarıb.
Avtosfer.az xəbər verir ki, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizim Media-ya açıqlamasında bildirib ki, hibrid avtomobillərin son günlərdə 10 faizlik bahalaşması bir neçə paralel amillə əlaqədardır:
"Hazırda bəzi ölkələrdən avtomobil tədarükündə logistika gecikmələri müşahidə olunur. Eyni zamanda, Azərbaycanda gömrük rüsumları və sertifikat xərcləri ilə bağlı mümkün dəyişikliklər haqqında yayılan xəbərlər süni tələbin yaranmasına səbəb olub. Bundan əlavə, bazarda benzinin qiymətinin arta biləcəyi ilə bağlı gözləntilər insanları daha qənaətcil - hibrid modellərə yönəldir".
Ekspertin fikrincə, hibrid avtomobillər yaxın illərdə keçid mərhələsi kimi fəaliyyət göstərəcək və tədricən yerini tam elektrikli modellərə verəcək:
"Bu halda ikinci əl hibridlərin qiymətləri sabitləşəcək, hətta bir qədər ucuzlaşa bilər. Hazırkı 10 faizlik artım əsasən emosional və qısamüddətli reaksiyadır. Qiymət artımı həm tələbatın ani yüksəlişi, həm də idxalda qeyri-sabitliklə bağlıdır. Əgər hökumətdən və ya yanacaq bazarından yeni açıqlamalar olmasa, növbəti iki həftə ərzində əlavə 3-5 faiz artım baş verə, daha sonra isə bazar stabilləşə bilər".
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir












