Hibrid avtomobili almaq istəyənlərin nəzərinə: Diqqətli olun, əks halda...

Hibrid avtomobillərinin dünyada və ölkəmizdə satış reytinqi yüksəkdir. Hibrid avtomobillərinə maraq olsa da, alıb razı qalmayanlar da az deyil. Sürücülər tez xarab olmasından, ehtiyat hissələrinin tapmamalarından şikayətçidirlər.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı pravda.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, bütün avtomobillərə aid olmasa da həm elektrik, həm də hibrid avtomobilləri arasında, ilk sınağı Azərbaycan və ya bəzi kiçik ölkələrdə keçirən şirkətlər var ki, onların avtomobillərində problem yaranır:
“Bəzən elə avtomobillər var ki, onların Azərbaycanda rəsmi dileri, servis məntəqəsi yoxdur. Ehtiyat hissələri tapılmır. Bəzən insanlar Çində nə görüb dərhal alır və ya satır. Avtomobil almaq istəyəndə insanlar başa düşməlidirlər ki, birinci onun servis xidmətinə, ehtiyat hissələrinə, usta potensialına baxmaq lazımdır. Kor-koranə şəkildə maşın görünüşlüdür, ucuzdur deyə alırlar. Yaxşı maşın ucuz olmur, ikincisi də arxa planlarını da düşünmək lazımdır”.
E. Muradlı onu da qeyd edib ki, 150-ə yaxın şirkət Çində avtomobil istehsal edir: “Çin belə özü rəsmi şəkildə deyir ki, mənim istehsal etdiyim avtomobillərin hamısı keyfiyyətli deyil və yaxın 5 il ərzində bu markaların 5-6-sı qala bilər. Ona görə ciddi düşünmək lazımdır. Benzin, dizel maşınları ənənəvi avtomobillərdir. Bunlara kim nə zaman istəsə qayıda da bilər. Amma bu gün dünya dəyişir. İnsanlar hibrid, elektromobillərə daha çox üstünlük verirlər. Amma bu, hələ formalaşmayıb deyə çətinliklər ortaya çıxır”.
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












