Hibrid avtomobillər sıradan çıxa bilər - SƏBƏB BUDUR

Son dövrlərdə dünyada elektrikli avtomobillərə keçidin sürətləndirilməsi məqsədilə müxtəlif təşviq mexanizmləri tətbiq olunur. Bu isə bəzi ölkələrdə hibrit avtomobillərə münasibətdə gələcək məhdudiyyətlərin mümkün olub-olmaması ilə bağlı müzakirələri gündəmə gətirib.
Bəs Azərbaycanda belə bir addım atıla bilərmi?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, Azərbaycanda elektrikli avtomobillərə tam keçidi sürətləndirmək kimi konkret hədəf müəyyənləşdirilməyib.

Ekspertin sözlərinə görə, ölkədə əsas məqsəd ekoloji cəhətdən daha təmiz nəqliyyat vasitələrinin istifadəsini təşviq etməkdir:
“Azərbaycanda prioritet istiqamət ekoloji təmiz nəqliyyatın artırılmasıdır. Hibrit avtomobillər də ekoloji baxımdan daha təmiz nəqliyyat vasitələri hesab olunur. Bu səbəbdən onların istifadəsinə hər hansı məhdudiyyət qoyulması real görünmür. Hazırkı yanaşma qadağalardan daha çox stimullaşdırıcı mexanizmlərə əsaslanır. Elektrikli avtomobillərin sayının artması üçün infrastrukturun genişləndirilməsi və təşviq tədbirlərinin davam etdirilməsi daha effektiv hesab olunur”.
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












