Hibrid və elektrikli nəqliyyat vasitələrinə daha çox üstünlük verilir - AÇIQLAMA
Avtoxəbər
21 Noyabr 2024 17:13

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 1 milyard 484 milyon 417 min ABŞ dolları dəyərində 74 723 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib.
Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Bildirilib ki, 2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 8% və ya 6 483 ədəd azalıb, dəyəri isə 8% və ya 110.4 milyon dollar artıb.
2023-cü ilin müvafiq dövründə Azərbaycana 1 milyard 374 milyon ABŞ dolları dəyərində 81 206 ədəd avtomobil idxal edilib.
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev söyləyib ki, 2023-cü ilin yanvarından ölkəyə istehsal tarixi 10 ildən çox olan avtomobillərin idxalına qadağa qoyulub:
"Hazırda vətəndaşlar hibrid və elektrikli nəqliyyat vasitələrinə daha çox üstünlük verir. Onlarin isə yeni olduğu üçün qiyməti yüksəkdir. Təbii ki, 10 il bundan qabağ istehsal olunan avtomobillə yeniləri arasında qiymət fərqi böyükdür. Nəzərə almaq lazımdır ki, hazırda bazarda elektrikli və hibrid avtomobillərə təlabat çoxdur. Ümumiyyətlə qiymətin baha olduğuna və köhnə avtomobillərə qadağa qoyulduğuna görə idxal səviyyəsi aşağı düşüb. Bu mənada maşın bazarı yenilənməlidir. İndiyə qədər ölkəyə köhnə maşınlar gətirilirdi. İndiki halda yaxşı olar ki, vətəndaşlar təhlükəsiz, komfort avtomobil alsınlar. Niyə Avropa, Amerika və yaxud Koreyanın işlənmiş, köhnə avtomobillərini alaq? Fikrimcə, bu tendensiya hələ davam edəcək. Lakin qiymətlər nisbətən ucuzlaşacaq və münasib dəyərdə yeni avtomobillər alıcılara təklif olunacaq. Bu zaman vəziyyət stabilləşəcək. Yəni, idxal olunan nəqliyyat vasitələrinə xərclənən pulun miqdari kifayət qədər azalacaq".
(sherg.az)
Oxunub : 1016
DİGƏR XƏBƏRLƏR
21 Oktyabr 2026 16:41
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
20 Oktyabr 2026 15:14
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
20 Oktyabr 2026 14:18
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
19 Oktyabr 2026 20:59
Ən az enerji sərf edən elektromobil bəlli oldu
19 Oktyabr 2026 17:09
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
19 Oktyabr 2026 15:16
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
18 Oktyabr 2026 11:56
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
16 Oktyabr 2026 20:57
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
16 Oktyabr 2026 19:30
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
16 Oktyabr 2026 16:48
Elektromobillər tıxacların artmasına səbəb olur?
15 Oktyabr 2026 22:13
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
14 Oktyabr 2026 17:48
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
ŞƏRH YAZ












