Hökumət “Tesla”nı məhkəməyə verib

ABŞ-ın Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyası (SEC) ölkənin elektromobil istehsalçısı - “Tesla” şirkətinə məhkəmə araşdırması göndərib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, araşdırma şirkətin rəsmilərinin “Tesla Model 3” avtomobilinin istehsal həcmi barədə verdikləri bəyanatlar və proqnozlarla əlaqədardır. ABŞ-ın Ədliyyə Nazirliyi də "Tesla"dan lazımi məlumatları təqdim etməyi xahiş edib. Bununla belə, “Tesla” bəyan edib ki, indiki mərhələdə hökumət səviyyəsində aparılan yoxlamalar şirkətə maddi ziyan vurmur. Xatırladaq ki, bundan öncə, “The Wall Street Journal” nəşri yazmışdı ki, ABŞ-ın Federal Təhqiqatlar Bürosu “Tesla Model 3” avtomobili ilə əlaqədar şirkətin verdiyi məlumatlar da daxil olmaqla investorlarda yeni model barədə formalaşmış təsəvvürlərlə bağlı yoxlamalara başlayıb. Bu ilin sentyabr ayında isə SEC “Tesla”nın qurucusu İlan Maska qarşı cinayət işi açıb. Buna səbəb onun şirkəti özəlləşdirmək, bütün səhmləri 420 ABŞ dollarına almaq niyyəti barədə "Twitter" sosial şəbəkəsindəki açıqlaması olub. Bu rəqəm səhmlərin bazar qiymətindən yüksək olduğu üçün onu qiyməti süni şəkildə artırmaq istəməkdə, dolayısı ilə fırıldaqçılıqda ittiham ediblər. Nəticədə İ.Mask şirkətin Direktorlar Şurasının sədri vəzifəsindən getməli olub.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












