"Honda" və "Nissan" BİRLƏŞİR

Yapon avtomobil istehsalçıları "Honda Motor" və "Nissan Motor" Çin avtomobil istehsalçıları ilə artan rəqabət və elektrik avtomobillərinə gözləniləndən daha aşağı istehlakçı tələbi səbəbindən birləşmə ilə bağlı ilkin danışıqlar aparır.
Avtosfer.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin məlumatına görə, hər iki şirkət "rəqabətdə üstünlük qazanmağa kömək edəcək birləşmə yollarını araşdırır".
Əgər bu birləşmə baş tutarsa, dünya avtomobil sənayesində aktivləri 52 milyard dollar olan nəhəng bir istehsalçı meydana çıxacaq. Bu nəhəng "Toyota" və "Volkswagen"dən sonra dünyanın üçüncü ən böyük avtomobil istehsalçısı olacaq, "Tesla" və Çin istehsalçısı BYD ilə rəqabət aparmaq üçün sərmayələr cəlb edə biləcək.
Qeyd edək ki, BYD 2024-cü ilin ikinci rübündə qlobal satış həcminə görə "Honda Motor" və "Nissan Motor"u geridə qoyaraq, dünyanın yeddinci ən böyük avtomobil istehsalçısına çevrilib. Şirkət ötən ilin eyni dövrü ilə müqayisədə satışlarını 40% artırıb.
FT qeyd edir ki, bu birləşmə "Nissan"ın təxminən 27% paya sahib olduğu "Mitsubishi Motors"a da təsir göstərəcək və "Mitsubishi" genişləndirilmiş şirkətin bir hissəsinə çevrilə bilər. Üç brend birlikdə hər il təxminən 8 milyon avtomobil istehsal etmək potensialına malikdir.
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?












