Honda yenilənmiş Pilot barədə əlavə məlumat verib

Honda şirkəti yenilənmiş Pilot krossoveri barədə əlavə məlumat dərc edib. Səkkizyerli krossover dəyişdirilmiş eksteryerə, transmissiyanın yeni alqoritminə və genişləndirilmiş avadanlıq siyahısına sahib olub.
Yenilənmiş Honda Pilot modelini sələfindən yeni radiator barmaqlığına, işıqdiodlarından hazırlanmış çoxbölümlü fənərlərinə və başqa ön bamperə görə ayırd etmək mümkündür. Bamper yeni formalı yan hava girişlərinə və gündüz hərəkət işıqlarına sahib olub. Arxa hissədə də yenilənmiş arxa fənərləri görmək mümkündür.
Təchizatından asılı olaraq avtomobil yeni 18 və 20-düymlük təkər diskləri ilə də təklif ediləcəkdir.
Krossoverin avadanlıq siyahısına yeni cihazlar paneli, Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyən yenilənmiş multimedia sistemi, arxa cərgənin sərnişinləri üçün Blu-Ray əyləncə sistemi daxildir.
Eyni zamanda,siyahıya internetə giriş nöqtəsi, həmçinin mikrofon və qulaqcıqların köməkliyi ilə sərnişinlərin söhbət etməsinə imkan verən Cabin Talk funksiyası daxil edilibdir.
Yenilənmiş Honda Pilot modelinin təchizatına Honda Sensing təhlükəsizlik sistemləri kompleksi daxildir. Bu kompleksə öndən toqquşmaları xəbərdər edən sistem, adaptiv kruiz-kontrol, yoldan çıxmanın qarşısını alan sistem, zolaqda saxlama funksiyası, kor zonalara nəzarət sistemi və arxaya hərəkət assistenti daxildir. Honda Pilot 284 at qüvvəsii və 355 Nm fırlanma anı hasil edən 3,5-litrlik altı silindrli mühərrik ilə təklif edilir.
Güc aqreqatı təchizat səviyyəsindən asılı olaraq altı və ya doqquz pilləli avtomatik ötürmələr qutusu ilə təchiz olunur.
Mənbə: autograph.az
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR












